Logo
    main-post-cover

    Huawei şirkətinin 3 qat qatlana bilən smartfonunun hansı prosessoru əldə edəcəyi məlum olub

    Cihazlar+
    23.07.2024
    Emil
         Son günlərdə ortaya çıxmış məlumatlara əsasən Huawei şirkəti 3 qat qatlanma mexanizminə sahib qeyri-adi qatlana bilən smartfonu təqdim etməyə hazırlaşır. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Huawei şirkətinin bu yeni smartfonunun vacib texniki imkanını açıqlayıb. Söhbət, smartfonun sahib olacağı prosessordan gedir. Beləliklə insayderin vermiş olduğu məlumata əsasən Huawei şirkətinin 3 qat qatlana bilən smartfonu Kirin prosessoru vasitəsilə çalışacaq.
         Çox güman ki, bu, Kirin 9000S prosessoru və ya onun yenilənmiş versiyası olacaq. Bununla yanaşı insayder əlavə edib ki, sözügedən smartfon olduqca nazik gövdəni əldə edəcək və özündə bir neçə ədəd kameranı birləşdirəcək. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, Huawei 3 qat qatlana bilən smartfonunu yaxın iki ay ərzində təqdim etməlidir. Lakin şirkətin bu smartfonu 2024-cü ilin sonunda və ya 2025-ci ilin əvvəlində təqdim edəcəyi ehtimalı da istisna edilmir.
    Paylaş