
Huawei şirkətinin 3 qat qatlana bilən smartfonunun necə adlanacağı rəsmi şəkildə açıqlanıb
Cihazlar+
03.09.2024
Emil
Dünən Huawei şirkəti növbəti təqdimat tədbirini anons etdi. Şirkətin növbəti təqdimat tədbiri 10 sentyabr tarixində baş tutacaq. Dünənki anonsda şirkət tədbir çərçivəsində hansı məhsulların təqdim olunacaqları barəsində məlumat verməsə də, artıq aydındır ki, tədbirdə əsas diqqət 3 qat qatlana bilən smartfona ayrılacaq. İndi isə Huawei bu qeyri-adi qatlana bilən smartfonun hansı ad altında satışa çıxacağını açıqlayıb. Beləliklə şirkət tərəfindən təqdim edilmiş tizer posterə əsasən onun 3 qat qatlana bilən smartfonu Huawei Mate XT adlanacaq. HUAWEI Consumer Business Group-un rəhbəri Richard Yu-nun sözlərinə əsasən bu smartfon şirkətin ən innovasiyalı məhsulu olacaq.

Paylaş
Ən çox oxunanlar

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
