Logo
    main-post-cover

    Huawei şirkətinin 3 qat qatlana bilən smartfonunun yeni fotoları ortaya çıxıb

    Cihazlar+
    16.08.2024
    Emil
         Huawei şirkətinin 3 qat qatlana bilən smartfonunu təqdim etməyə hazırlaşdığı artıq sirr deyil. Bir neçə gün bundan öncə sözügedən smartfon şirkətin top menecerlərindən biri olan Richard Yu-nun əlində görülmüşdü. Lakin həmin vaxtda Richard Yu smartfonu tam açıq vəziyyətdə istifadə edirdi. İndi isə Huawei şirkətinin bu qeyri-adi yeni qatlana bilən smartfonunun yeni fotoları ortaya çıxıb və həmin fotolarda smartfon yenidən Richard Yu-nun əlində əks olunub.
         Lakin bu dəfə top menecer smartfonu tamamilə qatlanmış vəziyyətdə istifadə edib. Fotolardan da görmək olar ki, smartfon gövdəsi 3 hissədən ibarətdir. Güman olunur ki, smartfonu tam şəkildə açmaq üçün ilk növbədə üst ekranı sağ istiqamətə, daha sonra isə arxa kamera sahəsinə sahib olan paneli də sağ istiqamətə açmaq lazımdır. Bəzi məlumatlara əsasən bu yeni smartfon tam açıq vəziyyətdə 10 düym ölçülü ekrana sahib olur. Son məlumata əsasən Huawei şirkətinin 3 qat qatlana bilən smartfonu artıq gələn ay təqdim oluna bilər.
    Paylaş