Huawei şirkətinin 3 qat qatlanma mexanizminə sahib smartfonunun mümkün təqdimat müddəti açıqlanıb
Cihazlar+
10.07.2024
Emil Nəcəfov
Son zamanlarda ortaya çıxmış məlumata əsasən Huawei şirkəti 3 qat qatlanma mexanizminə sahib smartfon üzərində çalışır. İndi isə bu smartfonun nə zaman təqdim olunacağı və satışa çıxacağı barəsində məlumat verilib. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Huawei özünün 3 qat qatlanma mexanizminə sahib smartfonunu test etməyə başlayıb. Onun sözlərinə əsasən şirkət bu smartfonla bağlı tələsmək niyyətində deyil.
Buna görə də onun yaxın aylar ərzində satışa çıxacağını gözləməyə ehtiyac yoxdur. İnsayderin fikrincə Huawei 3 qat qatlanma mexanizminə sahib smartfonunu bu ilin sonunda təqdim edəcək və 2025-ci ilin əvvəlində satışa çıxaracaq. Smartfonun texniki imkanları barəsində hələ heç bir məlumat yoxdur. Yeganə məlum olan odur ki, bu yeni növ smartfon olduqca nazik gövdəni əldə edəcək. Bununla yanaşı güman etmək olar ki, smartfon Huawei şirkətinin Kirin prosessoru vasitəsilə çalışacaq. Bəzi məlumatlara əsasən buna bənzər qatlana bilən smartfon üzərində həmçinin Samsung şirkəti də çalışır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Huawei nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı modelləri təqdimata hazırlaşırlar
Huawei nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı modelləri təqdimata hazırlaşırlar
Huawei şirkətinin smartfon seriyaları portfoliosuna nova adlı smartfon seriyası daxildir. Görünür, şirkət sözügedən smartfon seriyası daxilində qatlana bilən smartfonlarını təqdim etməyə hazırlaşır.
Huawei öz brendi altında elektromobil istehsal etmək niyyətində deyil
Huawei öz brendi altında elektromobil istehsal etmək niyyətində deyil
Görünür, Huawei şirkəti elektromobillər ilə bağlı strategiyasını “qızıl hərisliyi zamanında ən sərfəlisi kürək satmaqdır” qaydası üzərində qurur.
HUAWEI nova 12i: 108 MP kamera ilə yüksək keyfiyyətli şəkillər çəkin
HUAWEI nova 12i: 108 MP kamera ilə yüksək keyfiyyətli şəkillər çəkin
Hər bir insanın fəal smartfon istifadəçisi olduğu müasir dövrdə, tələblərə uyğun cihazın seçimi daha da çətinləşir. Bu kontekstdə HUAWEI nova 12i qabaqcıl texnologiya, zərif dizayn və funksionallığın orijinal birləşməsi ilə seçilir.
HarmonyOS Çində iOS-dən daha məşhur olub
HarmonyOS Çində iOS-dən daha məşhur olub
Bir neçə il bundan öncə Huawei şirkəti ABŞ sanksiyalarına cavab olaraq özünün HarmonyOS adlı əməliyyat sistemini yaratdı. İndi isə məlum olub ki, sözügedən əməliyyat sistemi Çindən iOS-dən daha məşhurdur.
Huawei MatePad SE 11 planşeti təqdim edilib - QİYMƏTİ
Huawei MatePad SE 11 planşeti təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti qlobal bazarda yeni MatePad planşetini təqdim edib. Söhbət, MatePad SE 11-dən gedir. Bu planşet böyük ölçülü ekranı, stilus dəstəyi və yaxşı audio sistemi ilə seçilir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!