Logo
    main-post-cover

    Huawei şirkətinin bilinməyən smartfonunun render fotoları təqdim edilib

    Cihazlar+
    28.11.2023
    Emil
         Çinli insayderlər Huawei şirkətinin yeni smartfonunun render fotolarını təqdim ediblər. Fotolardan da görmək olar ki, smartfon adətən flaqman cihazlarda istifadə edilən XMAGE kamerasını əldə edəcək. Lakin yeni smartfonun özü çox güman ki, şirkətin orta seqment smartfonlar siyahısına daxil olacaq. Render fotolarda əks olunmuş smartfonun arxa kamera sahəsinin dizaynı daha çox Huawei nova smartfonlarında istifadə edilən arxa kamera dizaynını xatırladır. Heç istisna deyil ki, sözügedən render fotolar təqdimata hazırlaşan nova 12 Ultra-ya və ya gələn il təqdim ediləcək Huawei P70-ə aiddirlər.
    Paylaş