Logo
    main-post-cover

    Huawei şirkətinin bilinməyən yeni smartfonu ortaya çıxıb

    Cihazlar+
    12.10.2023
    Emil
         Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Huawei şirkətinin CTR-AL20 model nömrəsinə sahib bilinməyən smartfonu ortaya çıxıb. Texniki göstəricilərinə əsasən demək olar ki, şirkətin bu bilinməyən smartfonu bahalı olmayan smartfonlar seriyasına daxil olacaq. Bununla belə smartfonun render fotosundan görmək olar ki, o, Huawei Mate 50 seriyasının smartfonlarına bənzəyir. Smartfonun arxa panelində dairəvi formalı kamera sahəsi yerləşəcək və həmin sahənin daxilində 3 ədəd kamera obyektivi olacaq. Ön paneldən smartfon yastı ekrana sahib olacaq.
         Texniki göstəricilərə gəldikdə isə məlumata əsasən smartfon 2388x1080 piksel keyfiyyətli 6.7 düym LCD ekranla təchiz olunacaq və özündə 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirəcək. Smartfonun hansı prosessor vasitəsilə çalışacağı bilinmir. Lakin məlumatda qeyd edilib ki, smartfona 2.4 GHz tezlikdə çalışan 8 nüvəli prosessor quraşdırılacaq və üstəlik o yalnız 4G dəstəyinə sahib olacaq. Smartfon 108 MP-lik əsas arxa kamera və 4900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Huawei şirkətinin bu bilinməyən yeni smartfonunun nə zaman təqdim olunacağı barəsində məlumat yoxdur.
    Paylaş