main-post-cover

    Huawei şirkətinin gələn ilki P50 flaqman smartfon seriyası Kirin prosessorunu əldə edə bilər

    Cihazlar+
    24.11.2020
    Emil Nəcəfov
        Huawei şirkətinin P50 flaqman smartfon seriyasının təqdimatına hələ çox zaman var. Lakin internetdə bu smartfon seriyasının vacib texniki özəlliyi barəsində ilk məlumat ortaya çıxıb. Belə ki, insayderlərin verdikləri məlumata əsasən ABŞ sanksiyalarına baxmayaraq P50 smartfonu Kirin 9000 prosessoru ilə təchiz olunacaq. Bu barədə Phonearena saytı xəbər verib. Verilmiş məlumata əsasən yeni ABŞ sanksiyalarının işə salınmasından öncə Tayvanın TSMC şirkəti Huawei üçün 9 milyon ədəd 5 nanometrlik Kirin 9000 prosessoru istehsal edib. Buna görə də Huawei şirkətinin növbəti flaqman smartfon seriyası olacaq P50 Kirin 9000 prosessoru ilə təchiz olunacaq.
        Lakin nəzərə alsaq ki, hal hazırda Mate 40 seriyasına Çində çox böyük tələbat var, Huawei şirkətinin Kirin 9000 ehtiyyatının hər iki smartfon seriyası üçün yetərli olub-olmayacağı bilinmir. Bununla yanaşı Digital Chat Station ləqəbli nüfuzlu çinli insayderin sözlərinə əsasən Kirin 9000 prosessorunun az sayda olması səbəbilə bir neçə müddət bundan öncə şirkətin satılmış Honor brendinin smartfonları da bu prosessoru əldə etməyəcəklər. Bununla yanaşı yeni məlumatda qeyd edilib ki, gələn il təqdim olunacaq P50 smartfon seriyası Samsung LG istehsalı olan OLED ekranlarla təchiz olunacaq. Huawei P50 flaqman smartfon seriyasının nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala