
Huawei şirkətinin hələ təqdim olunmamış 4G smartfonunun fotosu ortaya çıxıb
Cihazlar+
01.03.2024
Emil
Çinin TENAA adlı tənzimləyici orqanının məlumatlar bazasında Huawei nova 12 smartfon seriyasının təqdim edilməmiş modelinin fotosu ortaya çıxıb. Ortaya çıxmış fotodan da görmək olar ki, sözügedən smartfon xarici görünüşcə nova 12 Lite modelinə bənzəyir. Lakin fotodakı smartfonun necə adlanacağı hələ bilinmir. Məlumata əsasən nova 12 seriyasının təqdim edilməmiş bu modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2412x1084 piksel keyfiyyətli 6.7 düym OLED ekranla təchiz olunacaq və adı bilinməyən 8 nüvəli prosessor vasitəsilə çalışacaq. Məlumatda həmçinin qeyd edilib ki, sözügedən smartfon 5G dəstəyinə sahib olmayacaq. Smartfon özündə 50 MP + 8 MP ikili arxa kameranı, 60 MP-lik ön kameranı və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Adı bilinməyən bu smartfonun nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
