
Huawei şirkətinin qeyri-adi qatlana bilən smartfonunun nə zaman təqdim oluna biləcəyi açıqlanıb
Cihazlar+
16.08.2024
Emil
İnsayderlər son günlərdə Huawei şirkətinin barəsində müxtəlif məlumatların ortaya çıxmış olduğu 3 qat qatlana bilən smartfonu haqqında yeni məlumatları bölüşüblər. Beləliklə insayderlərin sözlərinə əsasən Huawei şirkətinin bu yeni qatlana bilən smartfonu Iceland kod adına sahibdir. Məlumatda qeyd edilib ki, bu smartfon hal-hazırda test mərhələsindədir.
İnsayderlərin fikirlərinə əsasən əgər heç bir problem yaranması şirkət 3 qat qatlana bilən smartfonunu artıq sentyabr ayında təqdim edə bilər. Smartfonun nə zaman satışa çıxacağına gəldikdə isə məlumata əsasən bu, 2025-ci ilin əvvəlində baş tuta bilər. Heç şübhəsiz Huawei şirkətinin 3 qat qatlana bilən smartfonu Kirin prosessoru vasitəsilə çalışacaq. Bəzi insayderlərin sözlərinə əsasən söhbət, Kirin 9000S adlı prosessordan və ya onun yeni versiyasından gedir. Smartfon həmçinin nazik gövdəni əldə etməlidir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
