
Huawei şirkətinin təqdim edilməmiş yeni MatePad planşeti Geekbench testlərindən keçib
Cihazlar+
26.07.2024
Emil
Huawei şirkətinin BKY-W20 model nömrəsinə sahib hələ təqdim edilməmiş yeni planşeti Geekbench testlərindən keçib. İnsayderlərin sözlərinə əsasən bu, Huawei MatePad planşet seriyasının yeni modelidir. Geekbench-in məlumatlar bazası sayəsində məlum olub ki, Huawei şirkətinin hələ təqdim olunmamış yeni planşeti 8 nüvəli Kirin 9000W prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən planşetin 12 GB RAM-a sahib versiyası keçib. Planşet Geekbench-in bir nüvəli testi çərçivəsində 1230 xal, çox nüvəli testi çərçivəsində isə 3544 xal toplayıb. Gözləntilərə əsasən bu yeni planşet 11.9 düym ölçülü ekranı və nazik gövdəni əldə edəcək. Onun nə zaman təqdim olunacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
