main-post-cover

    Huawei şirkətinin yeni ideyası smartfonları professional kameralar səviyyəsinə çatdıra bilər

    Cihazlar+
    05.07.2020
    Farid Pardashunas
        Son illərdə Huawei smartfonları mobil kamera reytinqlərində yüksək pillələri tuturlar. Bunun üçün şirkət öz smartfonlarına yeni texnologiyaları inteqrasiya edir. Buna misal olaraq böyük ölçülü sensorları və ya periskop obyektivləri gətirmək olar. Görünür, şirkətin növbəti addımı professional kameralarda olan hərəkətli obyektiv sistemi olacaq. Bu barədə Androidheadlines saytı xəbər verib. Huawei şirkətinin sonuncu patentlərindən birində qeydi adi kamera sisteminə sahib smartfon əks olunub.
        Təqdim edilmiş fotolardan birincisində görmək olar ki, smartfonun arxa panelində böyük ölçüyə sahib kamera sahəsi mövcuddur. Bununla belə arxa paneldə bir ədəd kamera yerləşir. Lakin artıq məlumdur ki, hal hazırda smartfonların arxa panellərində 4 kamera modulu norma hesab edilir. Lakin ikinci foto daha maraqlı özəlliyi göstərir. Belə ki, ikinci fotoda görmək olar ki, həmin bir ədəd arxa kameranın obyektivi smartfon gövdəsindən xaricə çıxır. Patent sənədində sözügedən kamera sistemi barəsində məlumat yoxdur. Buna görə də onun necə çalışa biləcəyi barəsində yalnız fərziyyələr qurmaq olar.
        Çox güman ki, lazımi anda obyektiv smartfon gövdəsindən xaricə çıxaraq fokus məsafəsini dəyişəcək və beləliklə optik yaxınlaşdırmanı təmin edəcək. Bu üsul isə arxa paneldə bir neçə kameradan imtina edərək bir ədəd yüksək keyfiyyətli kamera obyektivinin əldə olunmasına yardımçı olacaq. Qeyd etmək lazımdır ki, bu sadəcə bir patentdir və gələcəkdə Huawei şirkətinin bu cür kamera sisteminin öz smartfonlarında dəqiq şəkildə reallaşdırıb-reallaşdırmayacağı bilinmir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər