
Huawei şirkətinin yeni qatlana bilən smartfonunun patent fotoları ortaya çıxıb
Huawei şirkətinin hələ təqdim olunmamış yeni qatlana bilən smartfonunun patent fotoları internetdə ortaya çıxıb. Ortaya çıxmış patent fotolara əsasən şirkətin yeni qatlana bilən smartfonu hal hazırda bazarda olan Fold form-faktoruna sahib smartfonlardan unikal kamera konstruksiyası hesabına fərqlənəcək. Fotolara əsasən smartfon kitab şəklində qatlana biləcək. Lakin smartfonun arxa panelinin yuxarı sol hissəsində olacaq kamera obyektivinin böyüklüyü səbəbilə smartfonun hər iki hissəsi onun tam açıq vəsiyyətində asimmetrik olacaq. Tam qatlanmış vəziyyətdə istifadəçi xarici ekrandan istifadə edə biləcək. Bu yeni qatlana bilən smartfonun nə zaman təqdim ediləcəyi və satışa çıxacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər