Logo
    main-post-cover

    Huawei şirkətinin yeni qeyri-adi qatlana bilən smartfonu yaxın aylarda təqdim oluna bilər

    Cihazlar+
    16.07.2024
    Emil
         Son zamanlarda ortaya çıxmış məlumata əsasən Huawei şirkəti 3 qat qatlanma mexanizminə sahib smartfon üzərində çalışır. Ortaya çıxmış yeni məlumata əsasən isə Huawei sözügedən qeyri-adi smartfonunu yaxın 2 ay ərzində təqdim edə bilər. Məlumata əsasən şirkətin 3 qat qatlanma mexanizminə sahib smartfonu olduqca baha qiymətə satılacaq və məhdud sayda satışa çıxacaq. Gözləntilərə əsasən bu, qatlana bilən smartfonlar bazarının böyük payını əldə etmək üçün deyil, Huawei şirkətinin texnoloji imkanlarını sərgiləmək üçün nəzərdə tutulmuş smartfondur.
         Bu smartfon həm planşeti həm də digər qatlana bilən smartfonları əvəz edə bilər. Bəzi məlumatlara əsasən 3 qat qatlana bilən smartfon 10 düym ölçülü ekranı əldə edəcək. Smartfonun dizaynı isə özündə iki şarnir konstruksiyadan təşkil edilmiş sistemi birləşdirəcək. Bu cür şarnir konstruksiyası ekranda 3 ayrı-ayrı bölməni formalaşdıracaq. Bölmələrdən biri hər iki tərəfdən daxili istiqamətə, ikisi isə hər iki tərəfdən xarici istiqamətə qatlanacaq.
    Paylaş