Huawei Snapdragon 898 prosessorlu smartfonları satışa çıxarda biləcək

Huawei Snapdragon 898 prosessorlu smartfonları satışa çıxarda biləcək

Mobil Cihazlar
07.09.2021 PAYLAŞIM

    ABŞ hökuməti tərəfindən təyin edilmiş sanksiyalara baxmayaraq Huawei şirkəti Snapdragon 888 prosessoruna sahib P50 smartfon seriyasnı təqdim etməyi bacarıb. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən şirkət gələn il öz smartfonlarında həmçinin Snapdragon 898 prosessorundan da istifadə edə biləcək. İnsayder bildirib ki, Huawei 5G dəstəyinə sahib olmayan Snapdragon 898 prosessorlu smartfonları satışa çıxarda bilər. Qeyd etmək lazımdır ki, yayda təqdim edilmiş Huawei P50 smartfon seriyasının Snapdragon 888 prosessorlu modelləri də 5G dəstəyinə sahib deyillər.

    Çox güman ki, payız fəslində təqdimatı gözlənilən Mate 50 smartfon seriyasında da Snapdragon prosessorundan istifadə olunacaq. Bununla yanaşı Huawei öz smartfonlarında 6 nanometrlik Snapdragon 778G prosessorundan istifadə edə bilər. Qeyd etmək lazımdır ki, bu prosessor ilk dəfə Honor 50 Honor 50 Pro smartfonlarına quraşdırılıb. Lakin Huawei şirkətinin bu prosessordan istifadəsi halında da smartfonlar 5G dəstəyinə sahib olmayacaqlar. İnsayder həmçinin bildirib ki, şirkət MediaTek ilə də əməkdaşlıq edə bilər. Lakin tərəflər arasında hələ müqavilə bağlanmayıb.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Civi adlı yeni smartfonun texniki özəllikləri internetdə ortaya çıxıb..

Təqdimata hazırlaşan Xiaomi Civi adlı yeni smartfon modelinin texniki özəllikləri barəsində məlumatl..


Huawei orta səviyyəli nova 9 və nova 9 Pro smartfonlarını təqdim edib - QİYMƏTİ..

Huawei şirkəti orta səviyyəli iki yeni smartfonunu təqdim edib. Söhbət, Huawei nova 9 və nova 9 Pro ..


Galaxy S22 Ultra smartfonunda Galaxy Note seriyasının vacib özəlliyi reallaşdırı..

Ice Universe ləqəbli məşhur insayder Samsung şirkətinin yaxın gələcəkdə təqdim olunacaq flaqman smar..


Microsoft qatlana bilən Surface Duo 2 smartfonunu təqdim edib - QİYMƏTİ

Microsoft şirkəti qatlana bilən Surface Duo 2 smartfonunu təqdim edib. Şirkət yeni modeldə əvvəlkini..


5G dəstəkli büdcəli Nokia G50 smartfonu təqdim olunub - QİYMƏTİ

Nokia brendi G50 adlı 5G dəstəkli smartfon modelini təqdim edib. Bu smartfon Nokia brendinin 5G dəst..


Apple 2 ədəd qatlana bilən iPhone üzərində çalışır

Ortaya çıxmış məlumata əsasən Apple şirkəti 2 ədəd qatlana bilən iPhone üzərində çalışır...

×