Huawei təkmilləşdirilmiş şarj tutumu və Kənar Səs Azaldıcısı ilə FreeBuds 6i təqdim edir
Cihazlar+
26.07.2024
Emil Nəcəfov
Huawei, müasir və rahat cihazların çeşidini genişləndirərək pərəstişkarlarını yenilikçi məhsullarla sevindirməyə davam edir. Bu şirkətin smart-saatları, noutbukları, planşetləri, simsiz qulaqlıqları və digər məhsulları yüksək keyfiyyəti, qabaqcıl texnologiyası və əlverişli qiyməti sayəsində artıq bütün dünyada istifadəçilərin rəğbətini qazanmışdır. Bu dəfə şirkət, yüksək keyfiyyətli səs və istifadə rahatlığı sevənlər arasında əsl hit olacağını vəd edən yeni bir FreeBuds 6i qulaqlıq modelini təqdim etdi. Gəlin bu yeni məhsulun bizə tam olaraq nə təklif etdiyinə və niyə diqqətinizə layiq olduğuna daha yaxından nəzər salaq.
HUAWEI FreeBuds 6i, yeni Dynamic Intelligence ANC 3.0 kənar səs ləğvi texnologiyasına malikdir. Bu texnologiya ətrafdakı səsləri izləyir və kənar səsləri suni zəka əsasında işləyən alqoritminə uyğun tənzimləyir. Yeni qulaqlıqlarda, orta və yüksək tezlikli səsləri aşkar edərək filtrdən keçirən gurultu filtrləmə kamerası var.
Xüsusiyyətlərə gəldikdə, FreeBuds 6i-in 11 mm-lik dörd maqnitli dinamik drayverləri indi 50% daha güclüdür və Hi-Res sertifikatına layiq görülmüşdür. Korpus əvvəlki model ilə eynidir, qulaqlıqlarda isə sələfinə nisbətən fərqlər var.
Ən böyük dəyişiklik batareyanın tutumu ilə əlaqəlidir. Qulaqlıqlar 55 mAs tutumunu qorumuşdur, lakin şarj qutusu indi 510 mAs batareyaya sahibdir ki, bu da keçən ilki FreeBuds -dan 25% çoxdur. Bu, bir şarjda əlavə iki saat səsləndirmə deməkdir — ANC söndürüldükdə 8 saat və ANC açıq olduqda 5 saat. Şarj qutusundan istifadə etsəniz, vaxt 35 saata qədər artır. Eyni zamanda, sürətli şarj rejimində 10 dəqiqə qulaqlıqları 4 saat istifadə etmək üçün kifayətdir.
Qulaqlıqlar IP54 (toz və nəmdən qorunma protokolu) sertifikatına malikdir və Bluetooth 5.3 vasitəsilə istənilən cihaza qoşula bilər. Cihazların yuxarı hissəsində sensor panelləri var. Cihazlar toxunuşlarla idarə olunur, sensorlar son dərəcə həssasdır və əmrləri jestlərlə dərhal tanıyır.
Xüsusi HUAWEI AI Life tətbiqindən istifadə edərkən əlavə cihaz parametrləri mövcuddur. Ayrıca, jest parametrlərini dəyişdirə, ekvalayzerdən istifadə edə, aktiv kənar səs azaldıcısını aktivləşdirə və rejimlərini seçə, şarj səviyyəsini izləyə və daha çoxunu edə bilərsiniz.
Huawei, FreeBuds 6i-ni üç rəngdə təqdim edir: ağ, bənövşəyi və qara. Hər qulaqlıq 5.4 q ağırlığındadır –və hətta bir neçə saat istifadədən sonra da demək olar qulaqlarda hiss olunmur. Model səyahət, yaxud idman zalında məşq edənlər, qaçışla məşğul olanlar (hətta yağışlı havada belə), bir sözlə aktiv vaxt keçirməyi sevənlər üçün uyğun seçimdir.
Bu qulaqlıqlar artıq satışdadır və siz onları elektronika mağazalarından əldə edə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yeni Huawei Watch GT5 smart saatı barəsində təfərrüatlar ortaya çıxıb
Yeni Huawei Watch GT5 smart saatı barəsində təfərrüatlar ortaya çıxıb
Huawei şirkəti öz yeni smart saatı üzərində çalışır. Söhbət, Huawei Watch GT5-dən gedir.
Huawei Mate 70 smartfon seriyası bu il bir qədər gec təqdim oluna bilər
Huawei Mate 70 smartfon seriyası bu il bir qədər gec təqdim oluna bilər
ABŞ hökuməti tərəfindən Huawei-yə qarşı təyin edilmiş müxtəlif sanksiyalara baxmayaraq keçən il şirkət 5G dəstəkli Huawei Mate 60 smartfonlarını təqdim etməklə bir çoxlarını təəccübləndirmişdi.
Huawei şirkətinin 3 qat qatlana bilən smartfonunun hansı prosessoru əldə edəcəyi məlum olub
Huawei şirkətinin 3 qat qatlana bilən smartfonunun hansı prosessoru əldə edəcəyi məlum olub
Son günlərdə ortaya çıxmış məlumatlara əsasən Huawei şirkəti 3 qat qatlanma mexanizminə sahib qeyri-adi qatlana bilən smartfonu təqdim etməyə hazırlaşır.
Huawei nova seriyasının ilk qatlana bilən smartfonu təqdimata hazırlaşır
Huawei nova seriyasının ilk qatlana bilən smartfonu təqdimata hazırlaşır
Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Huawei şirkəti qatlana bilən smartfonlar bazarındakı mövqelərini gücləndirmək niyyətindədir.
Huawei şirkətinin yeni qeyri-adi qatlana bilən smartfonu yaxın aylarda təqdim oluna bilər
Huawei şirkətinin yeni qeyri-adi qatlana bilən smartfonu yaxın aylarda təqdim oluna bilər
Son zamanlarda ortaya çıxmış məlumata əsasən Huawei şirkəti 3 qat qatlanma mexanizminə sahib smartfon üzərində çalışır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!