Huawei üçlü qatlanma mexanizminə sahib smartfonunu patentləşdirib
Hələ bir neçə müddət bundan öncə insayderlər xəbər vermişdilər ki, Huawei şirkəti üçlü qatlanma mexanizminə sahib yeni qatlana bilən smartfon üzərində çalışır. İndi isə məlum olub ki, Huawei bu cür smartfonu patentləşdirib. İnternetdə isə sözügedən yeni qatlana bilən smartfonun patent fotosu ortaya çıxıb. Ortaya çıxmış fotodan da görmək olar ki, smartfon Z hərfi formasında olacaq və iki ədəd şarnir konstruksiyasını əldə edəcək. Bu cür formaya sahib qatlana bilən smartfonun nəticə etibarilə satışa çıxıb-çıxmayacağı bilinmir.