Huawei üçqat qatlanma özəlliyinə sahib olacaq yeni qatlana bilən smartfon üzərində çalışır

Huawei üçqat qatlanma özəlliyinə sahib olacaq yeni qatlana bilən smartfon üzərində çalışır

Mobil Cihazlar
22.11.2022 PAYLAŞIM

    Hələ bir neçə müddət bundan öncə Huawei şirkəti qatlana bilən Pocket S smartfonunu təqdim etmişdi. Verilmiş yeni məlumata əsasən isə şirkət hal hazırda yeni qeyri-adi qatlana bilən smartfon üzərində çalışır. Məlumata əsasən hazırlanan yeni qatlana bilən smartfon üçqat qatlanma özəlliyinə sahib olacaq. Bu cür cihazı əhatə edən patent Çinin intellektual mülkiyyət üzrə agentliyində qeydiyyatdan keçirilib. Qeydiyyatdan keçirilmiş patentdə 2 ədəd şarnirə sahib smartfon konstruksiyası əks olunub. Bu cür konstruksiya smartfon ekranının iki yerdə qatlanmasına imkan verəcək. Patent sənədində smartfonun ölçüsü barəsində heç bir məlumat yoxdur. Lakin çox güman ki, tam açıq vəziyyətdə istifadəçi cihazı planşet formatında istifadə edə biləcək. Qatlanmış vəziyyətdə isə cihaz adi smartfon rolunda çıxış edəcək. Bu cür smartfonun nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı bilinmir.




DAHA ÇOX


Google Pixel 8a-nın real fotoları ortaya çıxıb

Google Pixel 8 smartfon seriyasının hələ gələn ay təqdim olunacağına baxmayaraq internetdə artıq Pix..


Samsung Galaxy A05-in reklam materialları təqdim edilib

Biz artıq bir neçə dəfə xəbər vermişik ki, Samsung şirkəti Galaxy A05 adlı yeni büdcəli smartfon üzə..


Redmi Note 13, Note 13 Pro və Note 13 Pro+ təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Çində baş tutmuş təqdimat tədbiri çərçivəsində Redmi Note 13 smartfon seriyasını təqd..


Honor X40 GT Racing Edition smartfonu təqdim edilib - QİYMƏTİ

Honor şirkəti X40 GT Racing Edition adlı yeni smartfonunu təqdim edib.


Elektromobil istehsalçısı NIO öz ilk smartfonu NIO Phone-nu təqdim edib - QİYMƏT..

Çinin elektromobil istehsalçısı olan NIO şirkəti NIO Phone adlı ilk smartfonunu təqdim edib.


Samsung Galaxy S23 FE müxtəlif regionlarda fərqli prosessorlara sahib olacaq

Google Play Console servisində Samsung Galaxy S23 FE smartfonunun iki versiyada qeydiyyat məlumatlar..

×