Logo
    main-post-cover

    Huawei ucuz qiymətə satılacaq yeni qatlana bilən qapaqlı smartfon üzərində çalışır

    Cihazlar+
    20.10.2023
         1 il bundan öncə Huawei şirkəti Çində Pocket S adlı qatlana bilən qapaqlı smartfonunu təqdim etmişdi. Bu smartfonun əsas fərqləndirici özəlliyi onun ucuz qiymətə satılmasında idi. Belə ki, Huawei Pocket S satışa çıxan zaman 822$-a satılırdı. Lakin görünür, şirkət onun daha ucuz qiymətə sahib olacaq davamçısı üzərində çalışır. İnsayderlərin sözlərinə əsasən təqdim olunacaq yeni qatlana bilən qapaqlı smartfon böyük ehtimal ilə şirkətin P Pocket seriyasına daxil olacaq. Məlumatda qeyd edilib ki, smartfon 2024-cü ilin birinci yarısında təqdim olunmalıdır. İnsayderlərin sözlərinə əsasən smartfon 735$ və ya daha aşağı satış qiymətinə sahib olacaq. Smartfonun texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Huawei ucuz qiymətə satılacaq yeni qatlana bilən qapaqlı smartfon üzərində çalışır | Technote