
Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
Cihazlar+
15.05.2025
Emil
Huawei yeni Watch 5 ağıllı saatını təqdim edib. Ağıllı saat iki versiyada təqdim olunub. Birinci versiya 42 mm diametrli gövdəyə, ikinci versiya isə 46 mm diametrli gövdəyə sahibdir. Hər iki variant zərif dizaynı, sağlamlıq monitorinqi və idmanla məşğul olmaq üçün qabaqcıl texnologiyaları ilə seçilir. Həmçinin, cihazlar eSIM texnologiyasını dəstəkləyir, bu da mobil şəbəkələrə müstəqil qoşulmağa imkan verir. Huawei Watch 5-in baza modelləri 316L paslanmayan poladdan hazırlanmış gövdəyə və kompozit materialdan hazırlanmış arxa qapağa malikdir.

Daha bahalı versiyalar isə keramik arxa qapaqla, 42 mm modellərdə 904L paslanmayan polad gövdə ilə və 46 mm modellərdə isə titan ərintisindən hazırlanmış gövdə ilə təchiz olunub. Bütün Huawei Watch 5 modellərində gövdə 5 atmosferə qədər təzyiqə davamlı suya davamlılıq sertifikatına malikdir, bu da 50 metr dərinliyə qədər suya enməyə imkan verir. Saatlar növbəti sensorlarla təchiz olunub: Akselerometr, hiroskop, kompas, EKQ sensoru, dərinlik, işıq və temperatur sensorları, barometr. Smart saatlar aşağıdakı texnologiyaları dəstəkləyir:
- 3G və 4G mobil şəbəkələr (eSIM vasitəsilə),
- Wi-Fi modulları (2.4 və 5 GHz),
- Bluetooth 5.2 (140 metrədək məsafə),
- NFC (təmassız ödənişlər üçün),
- Peyk naviqasiyası.

42 mm-lik Huawei Watch 5 modelinin ölçüləri: 42 x 42 x 10.5 mm. Bu model 466x466 piksel keyfiyyətli 1.38 düym ölçülü ekranla təchiz olunub. O özündə 540 mAh enerji tutumlu batareyanı birləşdirir. Şirekət bildirib ki, bu model 100% enerjini təxminən 65 dəqiqəyə yığır və 3-7 gün arasında çalışma imkanı verir. 46 mm-lik Huawei Watch 5 modelinin ölçüləri 46 x 46 x 11.3 mm təşkil edir. Bu model 466x466 piksel keyfiyyətli 1.5 düym ölçülü AMOLED ekranla təchiz olunub. O özündə 867 mAh enerji tutumlu batareyanı birləşdirir. 46 mm-lik modeli istifadə rejimindən asılı olaraq 7 gündən 11 günə qədər avtonom şəkildə çalışa bilir. Onun tam şarj müddəti təxminən 100 dəqiqə təşkil edir. Huawei Watch 5 ağıllı saatı 29 may tarixində satışa çıxacaq və onun qiyməti 449 avrodan start götürəcək.

Mənbə: GSMarena
Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
