main-post-cover

    Huawei, yaşlı insanların sağlamlığına nəzarət edən ağıllı ev qurğusunu təqdim edib!

    Cihazlar+
    03.06.2024
    Farid Pardashunas

         Huawei, evdə yaşlı insanları izləyən və yıxılma halında xəbərdarlıq göndərən süni intellektlə dəstəkli sağlamlıq sensorunu təqdim edib. Qurğu insanı izləmək üçün millimetr dalğalı radar texnologiyasından istifadə edir.

         Huawei şirkətinin yeni təqdim etidiyi qurğu, yıxılma, yataqdan düşmə və yuxu vəziyyətini aşkar edə və insanın duruşunu, mövqeyini və tənəffüs sürətini ətraflı şəkildə müəyyən edə bilir. Cihaz, vanna otağında və yataq otağında düşmələri ağıllı şəkildə ayırd edə və zəng, SMS və ya ani bildirişi vasitəsilə əvvəlcədən müəyyən edilmiş kontaktlara xəbərdarlıq göndərə bilər. Ağıllı ev cihazı, yıxılmağı aşkar etməklə yanaşı, yuxu rejimini də izləyəkiminsə yataqdan düşdüyünü müəyyən edə bilir. İstifadəçilər, həmçinin yuxu planları qura və yaşlı insan uzun müddət yatırsa və ya tez oyanarsa, xəbərdarlıq ala bilər.
         Sensor, Huawei-nin ev üçün olan bütün ağıllı həlləri ilə mükəmməl şəkildə inteqrasiya ola bilir. O, nəfəs alma kimi incə hərəkətlər zamanı belə, insanın varlığını dəqiq müəyyən etməyə imkan verən mikro hərəkət aşkarlama xüsusiyyətinə malikdir. Üstəlik cihaz, tozsoranlar kimi obyektlərin yaratdığı müdaxiləni ağıllı şəkildə müəyyən edərək, dəqiq şəkildə qavrayışı təmin edir və yanlış həyəcan siqnallarının qarşısını alır.
         Huawei, istifadəçi məxfiliyinə də önəm verdiyini söyləyib. Millimetr dalğalı radar texnologiyası, hər hansı bir görüntü və səsin toplanmaasının qarşısını alır. Bununla belə, sensorun köməkçi aşkarlama cihazı kimi nəzərdə tutulduğunu və tam təhlükəsizliyə zəmanət verilmədiyini xatırlatmaq lazımdır. O, həmçinin tibbi cihaz deyil və tibbi vəziyyətləri diaqnoz edə və ya müalicə edə bilməz. Eyni zamanda, sensor 25 m² ərazini aşkar edə və yalnız bir nəfəri izləyə bilir. Huawei, ev heyvanları olan evlərdə bu sensordan, istifadə etməməyi tövsiyə edir. Çünki ev heyvanlarının hərəkəti yanlış həyəcan siqnallarına səbəb ola bilər. Sensorun qiyməti 193 dollardır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei Mate 70 smartfon seriyası güclü süni zəka funksiyalarına sahib olacaq
    huawei-mate-70-smartfon-seriyasi-guclu-suni-zeka-funksiyalarina-sahib-olacaq
    Büdcəli Huawei Enjoy 70s smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-huawei-enjoy-70s-smartfonu-teqdim-edilib-qiymeti
    Büdcəli Huawei Enjoy 70S smartfonunun təqdimatı anons edilib
    budceli-huawei-enjoy-70s-smartfonunun-teqdimati-anons-edilib
    HUAWEI MateBook D16 nələr bacarır?
    huawei-matebook-d16-neler-bacarir
    Huawei MatePad planşet seriyasının yeni büdcəli modelinin təqdimatına hazırlaşır
    huawei-matepad-planset-seriyasinin-yeni-budceli-modelinin-teqdimatina-hazirlasir