Huawei yaxın zamanda Kirin prosessorlu yeni cihazlarını təqdim edəcək

Huawei yaxın zamanda Kirin prosessorlu yeni cihazlarını təqdim edəcək

Mobil Cihazlar
08.09.2023 PAYLAŞIM

    Kirin prosessorunun Huawei smartfonlarına geri qayıtması çinli alıcılar arasında əsl heyranlıqla qarşılanıb. Belə ki, şirkət özünün yeni Mate 60 smartfonlarını sürətlə satmaqda davam edir. Lakin Huawei bununla yetinmək niyyətində deyil. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən şirkət yaxın zamanda Kirin prosessorlu digər yeni cihazlarını da təqdim edəcək. İnsayderin sözlərinə əsasən söhbət, MatePad planşetlərindən, nova 12 smartfon seriyasından və qatlana bilən qapaqlı yeni Pocket smartfonundan gedir.

    Məlumatda qeyd edilib ki, yeni Pocket üçün nəzərdə tutulmuş komponentlərin böyük hissəsi artıq istehsal olunub. Buna görə də insayder güman edir ki, sözügedən yeni smartfon ilin sonuna kimi təqdim oluna bilər. Digər bir insayderin sözlərinə əsasən isə şirkət üstəlik Mate 60 seriyasının daha bir modelini təqdim etməyə hazırlaşır və o, lüks smartfonlar siyahısına daxil olacaq. Gözləntilərə əsasən Mate 60 seriyasının növbəti modeli daha xüsusi dizayna sahib olacaq və daha premium materiallardan hazırlanacaq.




DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×