
Huawei yeni MatePad planşetlərinin təqdimatlarını anons edib
Cihazlar+
31.07.2024
Emil
Huawei şirkəti iki yeni planşetinin təqdimatını anons edib. Söhbət, yeni Huawei MatePad Pro və MatePad Air planşetlərindən gedir. Şirkətin təqdim etmiş olduğu posterlərə əsasən bu yeni planşetlər 6 avqust tarixində təqdim ediləcək. Yeni MatePad Pro ilə bağlı olan posterə əsasən sözügedən planşet böyük ölçülü ekranı əldə edəcək və ekran ətrafı çərçivələr nazik olacaqlar. Üstəlik yeni MatePad Pro stilus və fiziki klaviatura dəstəyini əldə edəcək.
Bu yeni planşetin texniki imkanları barəsində ətraflı bir məlumat yoxdur. Sadəcə güman etmək olar ki, yeni MatePad Pro OLED ekranı əldə edəcək və Kirin prosessoru vasitəsilə çalışacaq. Yeni MatePad Air modeli ilə bağlı posterə nəzər yetirdikdə isə görmək olar ki, planşet bazara 4 gövdə rəngində satışa çıxacaq və üstəlik stilus dəstəyini əldə edəcək. Həmçinin yeni MatePad Air nazik gövdəyə də sahib olacaq. Həmçinin posterdən də görmək olar ki, planşet ikili arxa kameranı əldə edəcək.


Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
