
Huawei yeni növ qatlana bilən smartfon üzərində çalışır
Cihazlar+
12.03.2024
Emil
Çinli insayderlərin vermiş olduqları məlumata əsasən Huawei şirkəti yeni növ qatlana bilən smartfon üzərində çalışır. Onların sözlərinə əsasən şirkət tərəfindən hazırlanan yeni növ qatlana bilən smartfon üçlü qatlanma mexanizminə sahib olacaq. Məlumatda qeyd edilib ki, heç bir problemin ortaya çıxmayacağı halda şirkət sözügedən yeni qatlana bilən smartfonunu iyul ayında təqdim edəcək. Smartfon bu ilin sonuna kimi satışa çıxa bilər. Smartfonun texniki göstəriciləri barəsində ətraflı məlumat yoxdur. Sadəcə olaraq insayderlər bildiriblər ki, tam açıq vəziyyətdə smartfonun ekran ölçüsü 10 düym təşkil edəcək.
Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
