Logo
    main-post-cover

    Huawei yeni premium smart saatını təqdim etməyə hazırlaşır

    Cihazlar+
    14.08.2024
    Emil
         Huawei yeni premium smart saatının təqdimatına hazırlaşır. Söhbət, Huawei Watch GT Ultimate adlı smart saatdan gedir. Belə ki, sözügedən smart saat İndoneziyanın SDPPI adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçib. Sertifikatlaşdırma agentliyində smart saatın adından başqa heç bir məlumat olmasa da, onun qeydiyyatdan keçməsi smart saatın yaxın zamanda təqdim olunacağına işarə edir. Qeyd etmək lazımdır ki, şirkətin portfoliosunda artıq Huawei Watch Ultimate adlı smart saat mövcuddur. Huawei Watch Ultimate 1.5 düym ölçülü LTPO AMOLED ekranla təchiz olunub və 14 gün ərzində çalışa bilir. Bununla yanaşı smart saatın gövdəsi 100 metr su dərinliyinə kimi tab gətirə bilir.
    Paylaş