Huawei yeni qatlana bilən smartfon üzərində çalışır: Yeni model Mate X-dən nə ilə fərqlənəcək?
Cihazlar+
07.07.2020
Farid Pardashunas
Huawei şirkətinin Mate X və Mate Xs adlı qatlana bilən smartfon modelləri xarici istiqamətə qatlanma konstruksiyasına sahibdirlər. Lakin görünür, şirkət tam fərqli dizaynda da qatlana bilən smartfon modeli hazırlayacaq. Belə ki, internetdə Huawei şirkətinin yeni smartfon modelinin patenti aşkar edilib və həmin patentə əsasən smartfon Huawei üçün fərqli qatlanma mexanizminə sahib olacaq. Bu barədə Letsgodigital saytı xəbər verib. Bir neçə gün bundan öncə şirkət Mate V adlı smartfonun patent sorğusunu göndərib.
Bu patent barədə maraqlı fakt ondan ibarətdir ki, şirkət smartfonun dizaynını artıq aprel ayında qeydiyyatdan keçirtmişdi. Həmin dizayna əsasən smartfonun elastiki ekranı daxili istiqamətə qatlanır. Bundan sonra insayderlər xəbər verdilər ki, Huawei şirkəti daxili istiqamətə qatlana bilən yeni smartfon üzərində çalışır. Bu baxımdan smartfon Samsung Galaxy Fold modelini xatırladır. Məlumata əsasən sözügedən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran və M Pen adlı stilus ilə təchiz olunacaq. Mate V-nin bu ilin sonuna kimi təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)