Huawei yeni qatlana bilən smartfon üzərində çalışır: Yeni model Mate X-dən nə ilə fərqlənəcək?

Huawei yeni qatlana bilən smartfon üzərində çalışır: Yeni model Mate X-dən nə ilə fərqlənəcək?

Mobil Cihazlar
07.07.2020 PAYLAŞIM

    Huawei şirkətinin Mate X Mate Xs adlı qatlana bilən smartfon modelləri xarici istiqamətə qatlanma konstruksiyasına sahibdirlər. Lakin görünür, şirkət tam fərqli dizaynda da qatlana bilən smartfon modeli hazırlayacaq. Belə ki, internetdə Huawei şirkətinin yeni smartfon modelinin patenti aşkar edilib və həmin patentə əsasən smartfon Huawei üçün fərqli qatlanma mexanizminə sahib olacaq. Bu barədə Letsgodigital saytı xəbər verib. Bir neçə gün bundan öncə şirkət Mate V adlı smartfonun patent sorğusunu göndərib.


    Bu patent barədə maraqlı fakt ondan ibarətdir ki, şirkət smartfonun dizaynını artıq aprel ayında qeydiyyatdan keçirtmişdi. Həmin dizayna əsasən smartfonun elastiki ekranı daxili istiqamətə qatlanır. Bundan sonra insayderlər xəbər verdilər ki, Huawei şirkəti daxili istiqamətə qatlana bilən yeni smartfon üzərində çalışır. Bu baxımdan smartfon Samsung Galaxy Fold modelini xatırladır. Məlumata əsasən sözügedən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran və M Pen adlı stilus ilə təchiz olunacaq. Mate V-nin bu ilin sonuna kimi təqdim olunacağı gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsi..


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib...


Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib

Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib. Patent sənədinə əsasən cihazın ekranı xa..


Məşhur analitik 2023-cü il iPhone modellərində olacaq dəyişikliklərdən xəbər ver..

Bu il təqdim olunacaq iPhone 13 barəsində məlumatların ortaya çıxmaqda davam etdiyi bir vaxtda məşhu..

×