Logo
    main-post-cover

    İddialara görə, 12 GB RAM yalnız iPhone 17 Pro Max ilə məhdudlaşacaq!

    Cihazlar+
    29.08.2024
    Farid

         Apple-ın planları ilə bağlı dəqiq proqnozlar verən mənbələrdən biri, bütün iPhone 17-lərin 12 GB RAM-a sahib olacağını bildirib. Lakin Apple analitiki Ming-Chi Kuo-nun fikrincə, 12 GB RAM yalnız iPhone 17 Pro Max ilə məhdudlaşacaq.

         Məşhur analitik Ming-Chi Kuo-nun iddialarına görə, yalnız Apple-ın 2025-ci ildə satışa çıxaracağı iPhone 17 seriyasının top modeli olan iPhone 17 Pro Max, 12 GB RAM ilə təchiz ediləcək. Bu məlumat, Çin sosial media platforması Weibo-da bütün iPhone 17 seriyasının 12 GB operativ yaddaşa sahib ola biləcəyini irəli sürən son sızma məlumat ilə ziddiyyət təşkil edir.
        Kuo-nun proqnozları gerçəkləşərsə, iPhone 17 Pro, sadə model olan iPhone 17 və tamamilə yeni model iPhone 17 "Slim" 8 GB RAM ilə gələcək. Bu, bütün iPhone 16 seriyasına daxil ediləcəyi gözlənilən 8 GB RAM ilə uyğundur. Bundan əlavə, 2025-ci ilin əvvəlində təqdim edilməsi gözlənilən dördüncü nəsil iPhone SE-nin 8 GB RAM tutumu ilə istifadəçilərlə görüşəcəyi bildirilir. Xüsusilə iOS 18 ilə birlikdə gələcək Apple Intelligence xüsusiyyətlərinin düzgün işləməsi üçün Apple cihazlarında RAM miqdarı böyük əhəmiyyət kəsb edir. Apple-ın hazırkı telefonları arasında yalnız iPhone 15 Pro və Pro Max modelləri bu xüsusiyyətləri dəstəkləyə bilər, çünki onların 8 GB RAM-ı var. Lakin iPhone 15 və 15 Plus modelləri, 6 GB RAM ilə birlikdə gəldiyinə görə, Apple Intelligence xüsusiyyətlərindən istifadə edə bilməz.
         Apple-ın gələn ay təqdim edilməsi gözlənilən iPhone 16 seriyasındakı bütün modellərdə 8 GB RAM istifadə edilməsi, Apple Intelligence xüsusiyyətlərinin bu cihazlarda da istifadəsini təmin edəcək. Bununla belə, 2025-ci ildə təqdim ediləcək iPhone 17 Pro Max-a daxil ediləcək 12 GB RAM, daha güclü süni intellekt xüsusiyyətlərinə yol aça bilər. Kuo həmçinin bildirir ki, iPhone 17 Pro Max təkcə 12 GB RAM ilə məhdudlaşmayacaq, həm də xüsusi soyutma sisteminə sahib olacaq. Bu modelə buxar kamerası texnologiyasından və qrafit təbəqələrdən birlikdə istifadə edən soyutma sistemi daxil ola bilər. Digər yeni iPhone modelləri, yalnız qrafit təbəqələrlə soyudulacaq. Buna görə də, görünür, Apple gələcəkdə iPhone-lar arasındakı fərqi genişləndirəcək.
    Paylaş