
İkinci əl bazarında satılması üçün ən əlverişli flaqman smartfon təyin edilib
ABŞ-ın SellCell adlı servisi məşhur flaqman smartfonlarının alışından sonra onların tez zamanda qiymətlərinin aşağı düşmə dinamikasını analiz edib. Nəticədə tərtib edilmiş statistika onu təsdiqləyib ki, Android cihazlar Apple cihazlarından fərqli olaraq öz qiymətlərini daha tez itirirlər. Bundan əlavə olaraq statistika istifadəçinin bu və ya digər əməliyyat sisteminə sahib smartfonun alışından bir neçə həftə sonra nə qədər vəsait itirdiyini əks etdirib.
Aparılmış araşdırma çərçivəsində analitiklər Apple, Samsung və Google şirkətlərinin flaqman smartfonlarının standart versiyalarının qiymət dinamikasını analiz ediblər. Məlum olub ki, iPhone 14 alışdan 2 ay sonra ikinci əl bazarında öz qiymətinin ortalama 31%-ni itirir. Galaxy S23-də bu göstərici 43.3%, Pixel 4-də isə 45.9% təşkil edir. Keçən ilki Galaxy S22-nin statistik göstərcisi daha bərbad idi. Belə ki, iPhone 13-dən fərqli olaraq Galaxy S22 öz dəyərini 3 dəfə daha tez itirirdi.
Beləliklə analitiklər belə qənaətə gəliblər ki, istifadə edilmiş flaqman Android smartfonlarının satışı çox az sərf edir. Məsələn 1 TB daxili yaddaşa sahib Galaxy S23 Ultra modeli iki aydan sonra öz ilkin dəyərinin 55.6%-ni itirir. Yəni onun qiyməti 1619$-dan 719$-a düşür. 1 TB daxili yaddaş həcminə sahib iPhone 14 Pro Max modelinin isə 2 aydan sonra ikinci əl bazarındakı dəyəri 13.6% aşağı düşür.
Paylaş
Bənzər xəbərlər