main-post-cover

    İkinci nəsil GoPro Max-ın fotosu təqdim edilib

    Cihazlar+
    10.07.2024
    Emil Nəcəfov
         X (keçmiş Twitter) sosial şəbəkəsinin istifadəçilərindən biri 360 dərəcəlik çəkilişlər üçün nəzərdə tutulmuş GoPro Max kamerasının ikinci nəslinin fotosunu təqdim edib. Təqdim edilmiş fotodan belə qənaətə gəlmək olar ki, yeni kamera birinci nəsil GoPro Max-ın mənfi cəhətindən məhrum olacaq. Təqdim edilmiş fotoda görmək olar ki, GoPro Max 2-nin obyektivi altında sensorlu ekran mövcud olmayacaq. Burdan da belə qənaətə gəlmək olar ki, sensorlu ekran çox güman ki, kameranın arxa panelinə keçid edib. GoPro Max 2-nin obyektivi altında sensorlu ekran əvəzinə soyutma sisteminin bir hissəsinə bənzəyən qəfəs yerləşib. Birinci nəsil GoPro Max istifadəçiləri isə çox zaman kameranın qızmasından şikayətlənirdilər. Ola bilər ki, GoPro şirkəti istifadəçilərin bu şikayətlərini nəzərə alıb. GoPro Max 2-nin nə zaman təqdim olunacağı barəsində isə hələ heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər