Logo
    main-post-cover

    İlk alıcılar Apple Vision Pro-nu artıq geri qaytarmağa başlayıblar

    Cihazlar+
    14.02.2024
    Emil
          Satışlarına start verilən zaman Apple Vision Pro heç də zəif olmayan media səs-küyü yaratdı. Lakin görünür, satışların startından az müddət keçməsinə baxmayaraq qarışıq reallıq cihazı ətrafında səs-küy azalma prosesindədir. Belə ki, kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən Vision Pro-nu əldə etdikdən sonra 14 gün ərzində cihazı geri qaytarmış istifadəçilərin sayı az deyil. Alışdan qısa müddət sonra cihazı geri qaytarmış istifadəçilərin çoxu Vision Pro-dan istifadənin rahat olmamasından şikayətçidir.
         Onların sözlərinə əsasən cihaz o qədər ağırdır ki, ondan istifadə nəticəsində boyun nahiyəsində ağrılar yaşanır. İstifadəçilərin şikayətçi olduqları digər faktor isə Vision Pro-dan istifadə zamanı gözlərə olan yüklənmədir. İstifadəçilər Vision Pro-nun sözün əsl mənasında yeni istifadəçi təcrübəsini təqdim etdiyini söyləsələr də, qeyd ediblər ki, bunun müqabilində böyük diskomfort yaşanır. İstifadəçilər həmçinin cihazın az müddət ərzində çalışmasından və onun məhdud sayda tətbiqi dəstəkləməsindən narazıdırlar.
    Paylaş