Logo
    main-post-cover

    İlk alıcılardan biri Google Pixel Fold barəsində fikirlərini söyləyib

    Cihazlar+
    25.06.2023
    Emil
        İstifadəçilərdən biri Reddit platformasında qatlana bilən Google Pixel Fold smartfonundan istifadə təəssüratlarını paylaşıb. Onun sözlərinə əsasən o, Pixel Fold-u adi şəkildə sifariş verib və smartfon ona 4 gün daha tez çatdırılıb. Təbii ki, bu halda istifadəçi smartfonun fotolarını tez bir zamanda yükləmək və ondan istifadə təəssüratlarını bildirmək qərarına gəlib. Ümumi olaraq istifadəçi Pixel Fold-dan razı qaldığını qeyd edib.
        “Məni smartfonun nə dərəcədə dözümlü olduğu o qədər də maraqlandırmır. Mənə görə smartfon olduqca nazikdir və orta səviyyədə ağırlığa sahibdir. Smartfonun performansı da pis deyil” - deyə istifadəçi qeyd edib. Lakin bununla yanaşı istifadəçi Pixel Fold-un ekranı barəsində əsas mənfi özəlliyi söyləyib. “Galaxy Z Fold modellərində olduğu kimi Pixel Fold-un ekranında da qatlanma izi aydın şəkildə görünür” - deyə istifadəçi əlavə edib. Qeyd etmək lazımdır ki, Google Pixel Fold-un satışlarına 2 7 iyun tarixində start veriləcək.
    Paylaş
    Bənzər xəbərlər