Logo
    main-post-cover

    İlk qatlana bilən iPhone ekranın alt hissəsinə yerləşdirilən kamera texnologiyasını əldə edə bilər

    Cihazlar+
    25.09.2024
    Emil
         Apple şirkətinin potensial qatlana bilən ilk smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Ortaya çıxmış yeni məlumata əsasən Apple şirkətinin ilk qatlana bilən smartfonu ekranın alt hissəsinə yerləşdirilmiş kamera texnologiyasını əldə edə bilər. Koreyanın The Elec saytı bildirib ki, Apple şirkəti smartfonları üçün ekran istehsalı ilə məşğul olan iki vacib partnyorunun bu texnologiyanı lazımi səviyyədə mənimsəyəcəyi zamanı gözləyir. Söhbət, SamsungLG şirkətlərindən gedir.
         Məlumatda qeyd edilib ki, bu şirkətlərdən hələ heç biri ekranın alt hissəsinə yerləşdirilən kamera texnologiyasının keyfiyyəti baxımından Apple şirkətinin tələblərini qarşılaya bilmir. Apple şirkətinin ilk qatlana bilən smartfonunun nə zaman təqdim olunacağı barəsində dəqiq bir məlumat yoxdur. Bəzi insayderlərin fikirlərinə əsasən bu, 2026-cı ildən tez olmayacaq. Bəziləri isə düşünürlər ki, qatlana bilən iPhone modeli 2027-ci ildə təqdim oluna bilər. Hər halda şirkətin ilk qatlana billən smartfonunun ekranın alt hissəsinə yerləşdirilən kamera texnologiyasını əldə edəcəyi də dəqiq deyil.
    Paylaş