main-post-cover

    İlk satışlarda 80 000 ədəd Vision Pro satışa çıxarıla bilər

    Cihazlar+
    12.01.2024
    Emil Nəcəfov
         Apple şirkəti bir neçə gün bundan öncə Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının satış tarixini elan etdi. Sözügedən cihaz 2 fevral tarixində satışa çıxacaq. Məşhur analitik Ming-Chi Kuo isə öz növbəsində Vision Pro-nun satışları ilə bağlı proqnozlarını təqdim edib. Analitik bildirib ki, Apple sözügedən yeni məhsulun tam olaraq hansı istiqamətdə yönələcəyini təyin etmədiyi üçün onu çoxlu sayda satışa çıxartmayacaq. Analitikin fikirlərinə əsasən satışlara start veriləcəyi zamana yaxın şirkət 60 000-80 000 ədəd Vision Pro istehsal edəcək. Buna görə də çox güman ki, satışlara start veriləndən sonra bütün Vision Pro-lar tez zamanda satılacaq. Qeyd etmək lazımdır ki, Vision Pro-nun ön sifarişlərinə 19 yanvar tarixində start veriləcək. Onun qiyməti isə 3500$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft qısa müddət ərzində dünyanın ən bahalı şirkəti olub
    microsoft-qisa-muddet-erzinde-dunyanin-en-bahali-sirketi-olub
    Çin dövlət qurumu Apple AirDrop-u hack edib
    cin-dovlet-qurumu-apple-airdrop-u-hack-edib
    Apple Vision Pro-nun komplektinə hansı aksesuarlar daxil olacaq?
    apple-vision-pro-nun-komplektine-hansi-aksesuarlar-daxil-olacaq
    Apple Vision Pro-nun satış tarixi rəsmi şəkildə açıqlanıb
    apple-vision-pro-nun-satis-tarixi-resmi-sekilde-aciqlanib
    iPhone-lar premium Android smartfonlardan 2 dəfə daha yaxşı satılır
    iphone-lar-premium-android-smartfonlardan-2-defe-daha-yaxsi-satilir