main-post-cover

    İnsayder iPhone SE Plus-ın texniki özəllikləri barəsində məlumat verib

    Cihazlar+
    21.01.2021
    Emil Nəcəfov
        Keçən il Apple şirkəti flaqman smartfonlarla birlikdə həmçinin iPhone SE (2020) adlı büdcəli modeli də təqdim etmişdi. Şirkət SE seriyasında yeni smartfonların olub-olmayacağı barəsində rəsmi xəbər verməsə də insayderlər yeni büdcəli iPhone modelinin olacağını bildiriblər. Onlardan biri isə şirkət tərəfindən hazırlanan yeni büdcəli iPhone modelinin texniki özəlliklərini təqdim edib. Bu barədə 4pda saytı xəbər verib. Apple Lab ləqəbli insayder öz Twitter hesabında bildirib ki, Apple şirkəti iPhone SE Plus adlı smartfonun hazırlanması ilə məşğuldur.
        Onun sözlərinə əsasən bu yeni smartfonun 2021-ci ilin ikinci yarısında gözləmək olar. Bununla yanaşı hazırlanan yeni iPhone SE Plus modeli keçən ilki iPhone SE (2020)-dən baha qiymətə satılacaq. Məlumatda qeyd edilib ki, sözügedən smartfon 6.1 düym IPS ekran, 7 MP-lik ön kamera, 12 MP-lik arxa kamera və A14 Bionic prosessoru ilə təchiz olunacaq. Bununla yanaşı smartfonun Home düyməsinə Touch ID texnologiyası inteqrasiya ediləcək. Həmçinin sözügedən smartfonun gövdəsi IP67 standartı üzrə sudan qorunacaq. 
    Linki kopyala