Logo
    main-post-cover

    İnsayder: 'Samsung gələn il 6 ədəd qatlana bilən smartfon təqdim edəcək və Galaxy S24+ modelindən imtina edəcək'

    Cihazlar+
    27.02.2023
        İnsayderlərdən biri Samsung şirkətinin 2024-cü ilə olan planları barəsində məlumat verib. İnsayder tərəfindən təqdim edilmiş məlumatlardan belə qənaətə gəlmək olar ki, Samsung-un gələn il üçün çox iddialı planları var. Beləliklə insayder bildirib ki, Samsung gələn il 6 ədəd qatlana bilən cihaz təqdim etməyi planlaşdırır. Söhbət, Galaxy Z Fold 6, Z Flip 6, Z Flip Ultra, Z Fold Ultra, Z FlexZ Tab (qatlana bilən planşet) adl; cihazlardan gedir.
        İnsayder həmçinin qeyd edib ki, Galaxy Z Fold Ultra modeli 4K keyfiyyətli, Z Flip Ultra isə 2K keyfiyyətli ekran ilə təchiz olunacaq. Bununla yanaşı ekranlar Samsung Display tərəfindən istehsal ediləcək. Galaxy Z Fold 6 və Z Flip 6 üçün ekranların istehsalını isə BOE şirkəti reallaşdıracaq. Əlavə olaraq insayder qeyd edib ki, Samsung gələn ilki Galaxy S24 seriyasında Galaxy S24+ modelindən imtina edəcək və Galaxy K adlı yeni orta büdcəli smatfon seriyasını təqdim edəcək. Qeyd etmək lazımdır ki, verilmiş bütün bu məlumatlara müəyyən səviyyədə şübhə ilə yanaşmaq lazımdır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    İnsayder: 'Samsung gələn il 6 ədəd qatlana bilən smartfon təqdim edəcək və Galaxy S24+ modelindən imtina edəcək' | Technote