main-post-cover

    İnsayderlər: Apple çıxıntısız ekrana sahib iPhone üzərində çalışır

    Cihazlar+
    01.02.2021
    Farid Pardashunas
        İnsayderlərin təqdim etdikləri yeni hesabata əsasən Apple şirkəti bu il təqdim olunacaq iPhone 13-ün prototipinin testinə start verib. Gözləntilərə əsasən smartfon yenilənmiş dizayn əldə edəcək və Apple son 3 ildə ilk dəfə iPhone ekranı üzərindəki çıxıntı hissədən imtina edəcək. Mauri QHD ləqəbli nüfuzlu insayder bildirib ki, Apple şirkəti ekranı üzərində ön kamera və danışıq səsgünləndiricisi üçün nəzərdə tutulmuş çıxıntı hissəyə sahib olmayan iPhone 13 modelini satışa çıxartmağı planlaşdırır.
        Bunun üçün şirkət smartfonun hər 4 tərəfində olan çərçivəni böyütməli olacaq. Bununla belə insayderlər istisna etmirlər ki, bu cür dizayn bu ilki iPhone modelləri üçün deyil, 2022-ci ildə təqdim olunacaq iPhone modelləri üçün nəzərdə tutulub. Apple şirkətinin öz smartfonlarının gövdə ölçülərini böyüdəcəyi həmçinin onlarda batareya həcminin də yüksək olacağına işarə edir. Qeyd etmək lazımdır ki, bu, dəqiq bir məlumat deyil və sadəcə olaraq insayderlərin verdikləri məlumatdır. Onların həqiqət olub-olmadıqları yalnız təqdimat zamanı məlum olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər