İnsayderlər: Apple çıxıntısız ekrana sahib iPhone üzərində çalışır

İnsayderlər: Apple çıxıntısız ekrana sahib iPhone üzərində çalışır

Mobil Cihazlar
01.02.2021 PAYLAŞIM

    İnsayderlərin təqdim etdikləri yeni hesabata əsasən Apple şirkəti bu il təqdim olunacaq iPhone 13-ün prototipinin testinə start verib. Gözləntilərə əsasən smartfon yenilənmiş dizayn əldə edəcək və Apple son 3 ildə ilk dəfə iPhone ekranı üzərindəki çıxıntı hissədən imtina edəcək. Mauri QHD ləqəbli nüfuzlu insayder bildirib ki, Apple şirkəti ekranı üzərində ön kamera və danışıq səsgünləndiricisi üçün nəzərdə tutulmuş çıxıntı hissəyə sahib olmayan iPhone 13 modelini satışa çıxartmağı planlaşdırır.

    Bunun üçün şirkət smartfonun hər 4 tərəfində olan çərçivəni böyütməli olacaq. Bununla belə insayderlər istisna etmirlər ki, bu cür dizayn bu ilki iPhone modelləri üçün deyil, 2022-ci ildə təqdim olunacaq iPhone modelləri üçün nəzərdə tutulub. Apple şirkətinin öz smartfonlarının gövdə ölçülərini böyüdəcəyi həmçinin onlarda batareya həcminin də yüksək olacağına işarə edir. Qeyd etmək lazımdır ki, bu, dəqiq bir məlumat deyil və sadəcə olaraq insayderlərin verdikləri məlumatdır. Onların həqiqət olub-olmadıqları yalnız təqdimat zamanı məlum olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung Galaxy Unpacked - Avqustun əsas hadisəsi

Yayın ən gözlənilən hadisəsi olan Samsung Galaxy Unpacked, Avqust ayında keçiriləcəkdir.


Xiaomi Mi 12 barəsində yeni məlumatlar verilib

Ice Universe ləqəbli məşhur insayder hələ təqdim olunmamış Xiaomi Mi 12 smartfonu barəsində yeni hes..


Google qapalı təqdimat çərçivəsində Pixel 6 və Pixel 6 Pro smartfonlarını anons ..

Google şirkəti jurnalistlər üçün Pixel 6 və Pixel 6 Pro smartfonlarının qapalı təqdimatlarını keçird..


Huawei P50 və P50 Pro təqdim olunub - QİYMƏTİ

Təqdimat tədbirinin dəfələrlə təxirə salınmasına baxmayaraq Huawei şirkəti sonunda özünün yeni flaqm..


Yeni POCO X3 GT smartfonu təqdim olunub - QİYMƏTİ

POCO brendi özünün yeni POCO X3 GT adlı smartfonunu təqdim edib.


Məşhur insayder Redmi K50 və K50 Pro smartfonları barəsində bəzi məlumatları ver..

Redmi K50 smartfon seriyasının təqdimatına hələ aylarla zaman olmasına baxmayaraq internetdə onun ba..

×