İnsayderlər: Apple şirkəti qatlana bilən iPhone modelinin hazırlanmasını sürətləndirib

İnsayderlər: Apple şirkəti qatlana bilən iPhone modelinin hazırlanmasını sürətləndirib

Mobil Cihazlar
17.11.2020 PAYLAŞIM

    iPhone 12-nin təqdimatından sonra internetdə Apple şirkətinin yaxın gələcəkdə olacaq məhsulları barəsində məlumatlar ortaya çıxmağa başladı. İnsayderlər ilk növbədə şirkətin qatlana bilən smartfon modeli barəsində yeni məlumatlar veriblər. Verilmiş məlumatlar arasında həmçinin bu cür smartfonun nə zaman təqdim olunacağı da yer alıb. Bu barədə Mydrivers saytı xəbər verib.

    Beləliklə verilmiş yeni məlumata əsasən qatlana bilən ekrana sahib cihazın hazırlanması üçün Apple şirkəti bir neçə müddət bundan öncə öz partnyorlarına lazımi detalların istehsalını sifariş vermişdi. Çindən olan OEM istehsalçılar Apple şirkətinə lazım olan detalların nümunələrini göndəriblər. Məlumata əsasən göndərilmiş nümunələr arasında əsasən şarnir konstruksiyası yer alıb.


    İnsayderlərin əvvəlki hesabatlarında qeyd olunmuşdu ki, Apple şirkəti özünün qatlana bilən cihazı üçün həmçinin Samsung-dan kiçik partiyada ekranlar da əldə etmişdi. Lakin qatlana bilən iPhone modellərində hansı ekran texnologiyasından istifadə olunacağı barədə hələ də yekun bir qərar verilməyib. Məlumata əsasən Apple şirkəti bu cür cihazı öz məhsullarını mini-LED texnologiyasına keçirtmədən satışa çıxartmayacaq. Bir sıra məlumatlara əsasən Apple özünün ilk qatlana bilən iPhone modelini 2022-ci ildə təqdim edəcək. Güman olunur ki, qatlana bilən iPhone modelinin qiyməti 1500$ təşkil edəcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsayderlər: Qatlana bilən Galaxy Z Fold 3 smartfonu Galaxy Note seriyasını tama..

İnsayderlər artıq dəfərlərlə xəbər veriblər ki, Samsung şirkəti Galaxy S seriyasını və qatlana bilən..


Apple yaxın gələcəkdə iPad modellərindən birini qatlana bilən iPhone ilə əvəz ed..

Daha öncədən internetdə Apple şirkətinin qatlana bilən iPhone modeli üzərində çalışdığı barəsində mə..


Məşhur analitik iPhone 13 ilə bağlı proqnozlar verib

Apple şirkəti hələ keçən ay iPhone 12 smartfon seriyasını təqdim etmişdi. Lakin artıq internetdə iPh..


Apple şirkətinin acığına: Galaxy S21-in qutusunda bu aksessuarın daha təkmilləşd..

Son məlumat sızıntılarına əsasən Samsung şirkəti Galaxy S21 smartfon seriyasını daha tez təqdim edəc..


Galaxy Z Fold 2-nin daha premium versiyası: Qatlana bilən Galaxy W21 5G təqdim o..

Samsung şirkətinin qatlana bilən smartfon modellərinin sayında artım olub. Belə ki, şirkət qatlana b..


Huawei Kirin prosessorlarının alternativini tapıb: Şirkət smartfonlarında hansı ..

Yeni ABŞ sanksiyaları səbəbilə bu ilin sentyabr ayından istehsalat prosesində patentləşdirilmiş ABŞ ..

×