main-post-cover

    İnsayderlər: Apple şirkəti qatlana bilən iPhone modelinin hazırlanmasını sürətləndirib

    Cihazlar+
    17.11.2020
    Emil Nəcəfov
        iPhone 12-nin təqdimatından sonra internetdə Apple şirkətinin yaxın gələcəkdə olacaq məhsulları barəsində məlumatlar ortaya çıxmağa başladı. İnsayderlər ilk növbədə şirkətin qatlana bilən smartfon modeli barəsində yeni məlumatlar veriblər. Verilmiş məlumatlar arasında həmçinin bu cür smartfonun nə zaman təqdim olunacağı da yer alıb. Bu barədə Mydrivers saytı xəbər verib.
        Beləliklə verilmiş yeni məlumata əsasən qatlana bilən ekrana sahib cihazın hazırlanması üçün Apple şirkəti bir neçə müddət bundan öncə öz partnyorlarına lazımi detalların istehsalını sifariş vermişdi. Çindən olan OEM istehsalçılar Apple şirkətinə lazım olan detalların nümunələrini göndəriblər. Məlumata əsasən göndərilmiş nümunələr arasında əsasən şarnir konstruksiyası yer alıb.
        İnsayderlərin əvvəlki hesabatlarında qeyd olunmuşdu ki, Apple şirkəti özünün qatlana bilən cihazı üçün həmçinin Samsung-dan kiçik partiyada ekranlar da əldə etmişdi. Lakin qatlana bilən iPhone modellərində hansı ekran texnologiyasından istifadə olunacağı barədə hələ də yekun bir qərar verilməyib. Məlumata əsasən Apple şirkəti bu cür cihazı öz məhsullarını mini-LED texnologiyasına keçirtmədən satışa çıxartmayacaq. Bir sıra məlumatlara əsasən Apple özünün ilk qatlana bilən iPhone modelini 2022-ci ildə təqdim edəcək. Güman olunur ki, qatlana bilən iPhone modelinin qiyməti 1500$ təşkil edəcək.
    Linki kopyala