
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Exynos prosessorları Samsung-un flaqman smartfonlarına yaxın zamanda geri qayıdacaq. Bir neçə müddət bundan öncə Samsung təmsilçiləri də təsdiqləmişdilər ki, şirkət bu məsələdə istəklidir. Yeni Exynos prosessoru artıq gələn il təqdim olunacaq Galaxy S24-ə geri qayıda bilər. İndi isə insayderlər bu məlumatı təsdiqləyiblər.
Onların sözlərinə əsasən gələn il təqdim olunacaq Galaxy S24 smartfon seriyasına daxil olacaq adi Galaxy S24 modeli Exynos 2400 prosessoru, Galaxy S24+ və Galaxy S24 Ultra modelləri isə Snapdragon 8 Gen 3 prosessoru ilə təchiz olunacaqlar. Verilmiş yeni məlumatda qeyd edilib ki, Samsung Exynos prosessorlarının istehsalat həcmini artırıb. Bu isə 90%-lik ehtimal ilə Exynos prosessorunun Galaxy S seriyasına geri qayıdacağına işarə edir.