Logo
    main-post-cover

    İnsayderlər Huawei Mate XT-nin davamçısının təqdimat tarixini və qiymətini açıqlayıblar

    Cihazlar+
    31.07.2025
    Emil
         Huawei şirkəti keçən il Huawei Mate XT adlı ilk üçqat qatlana bilən smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısını təqdim etməyə hazırlaşır. İnsayderlər şirkətin yeni üçqat qatlana bilən smartfonunun nə zaman təqdim olunacağını və hansı qiymətə satılacağını açıqlayıblar. Beləliklə insayderlərin sözlərinə əsasən yeni üçqat qatlana bilən smartfon Huawei Mate XT 2 əvəzinə Huawei Mate XTs adlanacaq. Məlumatda qeyd edilib ki, Huawei Mate XTs smartfonu 12 sentyabr tarixində Çində təqdim olunacaq. İnsayderlərin sözlərinə inansaq, smartfonun satış qiyməti 2785$ təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, birinci nəsil Huawei Mate XT-nin 16 GB RAM-a və 256 GB daxili yaddaşa sahib versiyası 2780$ satışa çıxmışdı.
    Paylaş