İnsayderlər iPhone 13 modellərinin hansı ekranlara sahib olacaqları barəsində məlumat veriblər

İnsayderlər iPhone 13 modellərinin hansı ekranlara sahib olacaqları barəsində məlumat veriblər

Mobil Cihazlar
15.12.2020 PAYLAŞIM

    İnsayderlərin çoxsaylı proqnozlarına baxmayaraq bu il təqdim olunmuş iPhone 12 smartfonlarından heç biri 60 Hz-dən yuxarı təsvir yenilənməsinə sahib ekran əldə etmədi. The Elec saytının yeni hesabatı isə gələn ilki iPhone 13 modellərinin ekranları barəsində məlumatı özündə birləşdirir. Görünür, 2021-ci ildə Apple şirkəti öz pərəstişkarlarına sürprizlər edəcək. Beləliklə jurnalistlərin verdikləri məlumata əsasən gələn ilki iPhone 13 üçün OLED ekranların böyük hissəsi (130 milyona yaxın OLED ekran) Samsung Display tərəfindən istehsal olunacaq. Apple şirkətinin keyfiyyət testindən keçəcəkləri halda 30 milyon OLED ekran LG tərəfindən, 10 milyon OLED ekran isə BOE tərəfindən istehsal olunacaq.


    Bununla belə LTPO texnologiyası üzrə hazırlanacaq Samsung ekranlarının bir hissəsi yüksək təsvir tezliyini və Always on Display funksiyasını dəstəkləyəcək. LTPS texnologiyasından fərqli olaraq LTPO texnologiyası əsasında hazırlanan OLED ekranlarda enerji sərfiyyatı 20% aşağı endirilə bilər. Gözləntilərə əsasən 120 Hz-lik təsvir yenilənməsi ilə Always on Display funksiyasını yalnız iPhone 13 Pro iPhone 13 Pro Max modelləri əldə edəcəklər. Çox güman ki, iPhone 13 Pro modeli 6.67 düym ekran, iPhone 13 Pro Max modeli isə 6.06 düym ekran əldə edəcək. Adi iPhone 13 modelinə gəldikdə isə onun 5.42 düym ekran ilə təchiz olunacağı gözlənilir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar ortaya çıxıb

Hələ bir neçə müddət bundan öncə Xiaomi-nin ilk qatlana bilən smartfonu Mi Mix Fold-un satışa çıxmas..


Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsi..


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib...


Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib

Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib. Patent sənədinə əsasən cihazın ekranı xa..

×