main-post-cover

    İnsayderlər iPhone 14 barəsində yeni məlumatlar veriblər

    Cihazlar+
    24.03.2022
    Emil Nəcəfov
        Bu il təqdim olunacaq iPhone 14 barəsində yeni məlumatlar verilib. Verilmiş yeni məlumatlar təsdiqləyiblər ki, Apple bu il adi iPhone 14 modellərini köhnə prosessor ilə təchiz edəcək. Lakin bu məsələdə kiçik bir nüans var. İnsayderlərin verdikləri məlumata əsasən iPhone 14 və iPhone 14 Max modelləri keçən ilki 5 nanometrlik A15 Bionic prosessorunun bir qədər təkmilləşdirilmmiş versiyası ilə təchiz olunacaqlar. Bununla belə şirkət həmin prosessoru A16 adı altında təqdim edəcək. iPhone 14 Pro modelləri üçün nəzərdə tutulmuş prosessor isə 4 nanometrlik texnoloji proses əsasında hazırlanacaq və A16 Pro adını əldə edəcək. Bu halda Apple şirkətinin keçən ilki prosessoru hansı səviyyədə təkmilləşdirəcəyi məlum deyil.
        Ola bilsin ki, söhbət, GPU nüvələrinin artırılmasından gedir. Qeyd etmək lazımdır ki, şirkət eyni üsulu iPhone 13 seriyasında da reallaşdırmışdı. Belə ki, adi iPhone 13 və iPhone 13 mini modelləri ilə Pro modelləri arasında 1 GPU nüvəsi fərqi var. Məlumatda qeyd edilib ki, şirkət bu cür addımı məhdud istehsalat gücü səbəbi ilə atıb. Belə ki, şirkət yeni cihazlar üçün M2 və A16 prosessorlarını istehsal etməli olacaq. Bu halda isə istehsalat xətləri yüklənmiş rejimdə çalışacaqlar. Bundan əlavə olaraq adi modellərin keçən ilki prosessorun bir qədər təkmilləşdirilmiş versiyası ilə təchiz olunmaları öz növbəsində xərcləri aşağı salmağa imkan verəcək. Bəzi məlumatlara əsasən iPhone 14-ün qiyməti 799$-dan, iPhone 14 Max-ın qiyməti isə 899$-dan başlayacaq.
    Linki kopyala