İnsayderlər iPhone 14-ün dizaynı barəsində məlumat veriblər

İnsayderlər iPhone 14-ün dizaynı barəsində məlumat veriblər

Mobil Cihazlar
28.09.2021 PAYLAŞIM

    2 nüfuzlu insayderin verdikləri məlumata əsasən gələn ilki iPhone 14 smartfon seriyasında Apple şirkəti ekran üzərindəki çıxıntı hissədən imtina edəcək. Bundan əlavə olaraq insayderlərdən biri bildirib ki, gələn il təqdim olunacaq iPhone 14 seriyasında yeni model olacaq. Bununla yanaşı internetdə iPhone 14 modellərinin sahib olacaqları texniki özəlliklər barəsində məlumatlar da ortaya çıxıb. Məşhur analitik Ming-Chi Kuo bildirib ki, Apple şirkəti iPhone 14-də ekran üzərindəki çıxıntı hissədən imtina edəcək və onu kiçik dairəvi çıxıntı ilə əvəz edəcək. Bununla yanaşı smartfonlar ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaqlar.

    Bu cür məlumatları Bloomberg saytının jurnalisti Mark Gurman da təqdim edib. O əlavə olaraq qeyd edib ki, Apple gələn il iPhone 14 mini-ni iPhone 14 Max modeli ilə əvəz edəcək. Hər iki insayder əmindir ki, şirkət ilk qatlana bilən iPhone modelini 2024-cü ildə təqdim edəcək. Bilinməyən mənbə tərəfindən internetdə iPhone 14 modellərinin sahib olacaqları texniki özəllikləri də təqdim edib. Həmin məlumatlara əsasən gələn il iPhone 14 modelləri 4 nanometrlik texnoloji proses əsasında hazırlanmış A16 Bionic prosessorunu və daha böyük həcmli batareyaları əldə edəcəklər.


    Adi iPhone 14-dən başqa digər bütün modellər üçlü arxa kamera ilə təchiz olunacaqlar. Pro modellərdə əsas kamera göstəricisi 48 MP-lik olacaq. Bundan əlavə olaraq ortaya çıxmış məlumatlara inansaq, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası yalnız Pro modellərdə reallaşdırılacaq. Çox güman ki, adi iPhone 14 modellərinin ekranlarındakı standart çıxıntı hissə olduğu kimi qalacaq və onlarda barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Fərdi Google prosessoruna sahib Pixel 6 və Pixel 6 Pro smartfonları təqdim olunu..

Google şirkəti rəsmi şəkildə Pixel 6 və Pixel 6 Pro smartfonlarını təqdim edib.


OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi yaxın aylarda ilk smartfonunu t..

Ortaya çıxmış yeni məlumatlara əsasən OnePlus şirkətinin həmtəsisçisi Carl Pei özünün Nothing adlı y..


Samsung öz smartfonlarının böyük hissəsini Exynos prosessorlarına keçirdəcək..

Məlum olub ki, Samsung şirkəti kənar mobil prosessor istehsalçılarından olan asılılığını azaltmaq ni..


Yeni OnePlus 9RT smartfonu və naqilsiz Oneplus Buds Z2 qulaqlıqları təqdim olunu..

OnePlus şirkti yeni OnePlus 9RT smartfonunu təqdim edib. Bu model ilin əvvəlində təqdim edilmiş OneP..


Yeni Xiaomi Black Shark 4S və 4S Pro gamer smartfonları təqdim olunub - QİYMƏTİ..

Xiaomi şirkəti Black Shark 4 və Black Shark 4 Pro gamer smartfonlarının yenilənmiş versiyalarını təq..


iPhone SE 3-ün sahib olacağı özəlliklər barəsində məlumatlar verilib

Yaponiyanın Macotakara saytı öz mənbələrinə istinadən Apple şirkətinin ən büdcəli iPhone smartfonunu..

×