main-post-cover

    İnsayderlər iPhone SE (2020)-nin davamçısı barəsində məlumatlar veriblər

    Cihazlar+
    25.12.2020
    Farid Pardashunas
        İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti bu il təqdim olunmuş iPhone SE (2020) smartfon modelinin davamçısı üzərində çalışmağa başlayıb. Qeyd etmək lazımdır ki, sözügedən smartfon şirkətin ən ucuz məhsulu hesab edilir. iPhone SE (2020) modelinin davamçısının ekranı, kamerası və biometrik identifikasiya texnologiyası barəsində məlumatlar internetdə ortaya çıxıb. Bu barədə 4pda saytı xəbər verib. Çindən olan insayderlər xəbər veriblər ki, hazırlanan yeni modelin iPhone SE (2020)-dən əsas fərqi ekranda olacaq.
        Belə ki, yeni smartfon 6.06 düym ekrana sahib olacaq. Bundan əlavə olaraq o, ikili arxa kamera və Touch ID texnologiyası ilə təchiz olunacaq. Xarici görünüşcə isə smartfon iPhone 8 Plus modelini xatırladacaq. iPhone SE (2020)-nin davamçısının necə adlandırılacağı bilinmir. Məlumata əsasən Apple onu iPhone SE 3 və ya iPhone SE Plus kimi adlandıra bilər. Hələ bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, şirkətin büdcəli smartfonunun yeni versiyası hazırlanma mərhələsindədir və onu gələn ilin əvvəlində gözləmək lazım deyil. Yeni modelin gözlənilən qiyməti 536$-dır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər