main-post-cover

    İnsayderlər: 'Nothing Phone (2)-nin kütləvi istehsalına artıq start verilib'

    Cihazlar+
    09.03.2023
    Farid Pardashunas
        Artıq məlumdur ki, Nothing şirkəti növbəti smartfon modeli olacaq Nothing Phone (2) üzərində çalışır. Görünür, smartfonun təqdimatı və satışı çox yaxındır. Belə ki, insayderlərin vermiş olduqları məlumata əsasən şirkət Nothing Phone (2)-nin kütləvi istehsalına artıq start verib. Bundan əlavə olaraq şirkət yeni smartfonunun sertifikatlaşdırma testlərini keçirir. Bu isə o deməkdir ki, Nothing Phone (2)-nin satışa çıxması çox yaxındır. Çox güman ki, smartfon yay fəslində təqdim olunacaq.
        Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Nothing şirkətinin CEO-su Carl Pei rəsmi olaraq təsdiqləmişdi ki, Nothing Phone (2) Qualcomm şirkətinin prosessoru vasitəsilə çalışacaq. Dünən isə məlumat ortaya çıxdı ki, smartfon dəqiq şəkildə Snapdragon 8+ Gen 1 prosessorunu əldə edəcək. Digər texniki özəlliklərə gəldikdə isə gözləntilərə əsasən Nothing Phone (2) modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran, 12 GB RAM, 256 GB-a kimi daxili yaddaş həcmi və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər