main-post-cover

    İnsayderlər OnePlus-ın ilk qatlana bilən smartfonunun təqdimat müddəti barəsində məlumat veriblər

    Cihazlar+
    06.06.2023
    Farid Pardashunas
        İnsayderlər OnePlus şirkətinin ilk qatlana bilən smartfonu barəsində yeni məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən qatlana bilən smartfon avqust ayının birinci yarısında təqdim ediləcək. Təqdimat tədbiri Nyu-Yorkda baş tutacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, OnePlus öz ilk qatlana bilən smartfonunu qlobal bazarda da satmağı hədəfləyib.
        OnePlus Fold adlanacağı güman edilən qatlana bilən smartfonun 120 Hz-lik təsvir yenilənməsinə sahib 8 düym daxili ekran ilə təchiz olunacağı və Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Bununla yanaşı smartfonun 4805 mAh enerji tutumlu batareyaya sahib olacağı güman edilir. Smartfon iki ədəd ön kamera ilə təchiz olunacaq. Onlardan biri daxili ekran üzərində, digəri isə xarici ekran üzərində yerləşəcək. İnsayderlər bildiriblər ki, ön kameralardan biri 32 MP-lik, digəri isə 20 MP-lik olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər