
İnsayderlər Redmi K70E-nin bəzi texniki imkanlarını açıqlayıblar
Cihazlar+
22.11.2023
Emil
Dünən MediaTek Dimensity 8300 prosessorunun təqdimatı zamanı Xiaomi-nin Redmi brendi rəsmi şəkildə təsdiqlədi ki, təqdimata hazırlaşan Redmi K70E smartfonu Dimensity 8300 Ultra prosessoru vasitəsilə çalışacaq. Çox güman ki, Dimensity 8300 Ultra prosessoru Dimensity 8300-ün sürətləndirilmiş versiyası olacaq. İndi isə insayderlər Redmi K70E smartfonunun digər bəzi texniki özəllikləri barəsində məlumatlar veriblər.
Beləliklə onların sözlərinə əsasən sözügedən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.7 düym AMOLED ekranla təchiz olunacaq. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 1200 nit təşkil edəcək. Bununla yanaşı smartfon özündə LPDDR5X standartlı RAM-ı, UFS 4.0 standartlı daxili yaddaş həcmini və 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Məlumatda qeyd edilib ki, Redmi K70E 90 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Redmi K70 smartfon seriyasının təqdimatı hələ anons edilməsə də, təqdimatın 29 noyabr tarixində baş tutacağı güman edilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
