
İnsayderlər: 'Samsung Galaxy S23 FE-ni test etməyə başlayıb'
Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonu barəsində son zamanlarda çoxlu sayda məlumat ortaya çıxıb. İndi isə insayderlər onun barəsində yeni məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən şirkət Galaxy S23 FE-ni aprel ayında test etməyə başlayıb və əgər hər şey yolunda getsə Samsung onu ya avqust ya da sentyabrda təqdim edəcək. İnsayderlər bildiriblər ki, sözügedən smartfon şirkət daxilində R11 kod adına sahibdir. Məlumatda qeyd edilib ki, şirkət tərəfindən test edilən versiya 50 MP-lik əsas arxa kameraya sahibdir. İnsayderlərin sözlərinə əsasən Galaxy S23 FE smartfonu Exynos 2200 prosessoru vasitəsilə çalışacaq və 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon ya 25 vatt ya da 45 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq.
Paylaş
Bənzər xəbərlər