Logo
    main-post-cover

    İnsayderlər Samsung Galaxy S24 Ultra-nın bəzi özəlliklərini açıqlayıblar

    Cihazlar+
    19.12.2023
    Emil
          İnsayderlər Samsung şirkətinin təqdimata hazırlaşan Galaxy S24 smartfon seriyasına daxil olacaq Galaxy S24 Ultra barəsində bəzi yeni məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən Galaxy S24 Ultra smartfonunun ekranı Corning şirkətinin Gorilla Glass Armor adlı yeni nəsil qoruyucu şüşəsi ilə əhatə olunacaq. Daha öncəki məlumat sızıntılarında da qeyd edildiyi kimi smartfonun gövdə ətrafı çərçivəsi titan materialdan hazırlanacaq.
         Məlumata əsasən Galaxy S24 Ultra-nın ekranının maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edəcək və o, bütün regionlarda Snapdragon 8 Gen 3 prosessorunu əldə edəcək. İnsayderlər əlavə ediblər ki, smartfon özündə LPDDR5X standartlı RAM yaddaşını, 5000 mAh enerji tutumlu batareyanı və 1.9 dəfə yaxşılaşdırılmış soyutma sistemini birləşdirəcək. Galaxy S24 smartfon seriyasının gələn ay təqdim olunacağı gözlənilir.
     
    Paylaş